22:41 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / FƏRMANLAR
19:49 29.10.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.4-cü yarımbənd əlavə edilsin:

"3.2.4. müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanmasını təmin edir.”;

1.2. 4.2.3-cü yarımbəndə "proqramlarının” sözündən sonra ", o cümlədən müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarına dair metodiki göstərişin üç ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etsin.

3. Müəyyən edilsin ki, yerli icra hakimiyyəti orqanları tərəfindən kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçirilir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2020-ci il.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM