16:41 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi»ndə və «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»nda dəyişikliklər edilməsi haqqında
ANA SƏHİFƏ / FƏRMANLAR
02:02 07.02.2013

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.1.7-1-ci və 3.1.7-2-ci yarımbəndlər əlavə edilsin:

"3.1.7-1. mərkəzlərdə göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək;

3.1.7-2. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etmək;";

1.2. 5.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.";

1.3. aşağıdakı məzmunda 5.5.18-1-ci yarımbənd əlavə edilsin:

"5.5.18-1. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınması qaydasını təsdiq edir;".

2. Həmin fərmanla təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

"3.4. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini Dövlət Agentliyinin sədri təsdiq edir.";

2.2. 4.5-ci bəndin birinci yarımbəndinin birinci cümləsində "vətəndaş" sözü "şəxs" sözü ilə əvəz edilsin, "yaşayış yerini" sözlərindən sonra ", habelə olduğu yeri" sözləri əlavə edilsin, ikinci cümləsində "vətəndaşa" sözü "şəxsə" sözü ilə əvəz edilsin, "iş yerində" sözlərindən sonra ", habelə olduğu yerdə" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 fevral 2013-cü il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM