13 Sentyabr 2011 01:09
673
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri»ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹6, maddə 515, ¹7, maddə 622) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.9-1-ci bənd əlavə edilsin:

"1.9-1. Qış səhra gödəkçəsi

Gödəkçə boz və ya  kamuflyaj rəngli parçadan tikilir.

Gödəkçə düz biçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır. Ətəklərin yan tərəfində listikli, zəncirbəndlə bağlanan çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 16-17 sm, listikin eni 3 sm olur.

Kürək bütöv biçimlidir. Qollar iki tikişlidir, aşağı kənarı eni 7 sm olan elastik trikotaj manjetlidir.

Çiyin tikişinin üstündə eni 5 sm olan paqon tikilir. Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkçənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm-dir. Qurşağın ön tərəfi hər iki ucunun eni 7 sm, uzunluğu 11 sm olan əsas parçadandır. Yaxalıq dayaqlı olub, qaragül dərisindən və əsas parçadan tikilir. Alt yaxalıq dayaqlı, araqatı ilə gücləndirilmiş və 6-7 sm olmaqla sırınmışdır. Qaragül dərisindən  yaxalıq alt yaxalığa bəndlənmişdir.

Ətəyə mərkəzdən zəncirbəndin altında 6,5 sm enində küləkdən qoruyan planka tikilir. Planka araqatı ilə sırınmışdır. Sol ətəkdə yaxalıqdan 1 sm aşağıdan başlayan, eni 7 sm olan, ətək boyu üç ədəd basma düymə ilə bağlanan planka tikilir. Paqonun, qoruyucu plankanın, üstdən qoyma plankanın kənarları 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalığın dayağa birləşmə tikişləri, çiyin tikişi, qolun birləşmə tikişləri, yan tikişlər, cibin kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Zəncirbəndin birləşmə tikişi, plankanın birləşmə tikişi, qoruyucu plankanın birləşmə tikişi  0,2 - 0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır.

Gödəkçə astarlıdır. Astar silikonlu araqatı ilə 6 sm enində tikişlə sırınmışdır (bu sərəncamın 5-ci səhifəsi (bundan sonra - "səh."), şəkil 3a)."; 

1.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"2.4. Qış papağı

Papaq tünd göy rəngli olub, gündəlik geyim formasının əsas parçasından tikilir. Papaq başlıq, günlük və qulaq örtüyündən ibarətdir. Başlıq xüsusi paralonla, qulaq örtüyü isə muflonla birləşmiş parçadan hazırlanır. Başlıq hissə altı ədəd xiştəkdən ibarətdir. Xiştəklərin tikişləri, altdan 1,5 sm enində köbə qoymaqla, hər iki tərəfdən 0,3 sm enində bəzək tikişi ilə baxyalanır. Günlük mərkəzdən simmetrik olub, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir.

Papağın ön hissəsində günlüyün üstündə eni 1,5 sm, kənarları 0,2 sm enində olan bəzək tikişi ilə baxyalanmış, öz parçasından tikilmiş kəmərcik qoyulur. Kəmərcik iki tərəfdən diametri  1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasında, başlığın ortasında diametri 1,5 sm olan plastmas düymə bərkidilir.

Qulaq örtüyünün kənarlarına 0,7 sm enində qara rəngli köbə verilmişdir. Qulaq örtüyü başlığa 1,5 sm enində olan lent ilə birləşir. Papaq astarsızdır.

Böyük rəis heyəti üçün papağın günlüyünün üzərinə qızılı rəngli palıd yarpağı şəklində naxış toxunur.

Dövlət Yol Polisinin orta və böyük rəis heyətinin papağı eyni olub, yalnız kəmərciyin üstünə işıq əks etdirən zolaq tikilir (səh.13)."; 

1.3. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

"2.4-1. Qış səhra papağı

Papaq öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulan qış papağı ilə eyni olub (günlüyünün üzərində qızılı rəngli palıd yarpağı şəklində naxış istisna olmaqla) boz və ya kamuflyaj rəngdədir (səh.13).";

1.4. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

"2.7-1. Qış səhra gödəkçəsi

Gödəkçə boz və ya  kamuflyaj rəngli parçadan tikilir.

Gödəkçə düz biçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır, astarlıdır. Astar istiləşdirilmiş araqatı (sintepon) ilə hazırlanır.

Ətəyin döş səviyyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Ciblərin orta hissəsində üzbəüz olan qat salınıb. Ciblər ətəyin üstünə 0,2 sm enində bəzək tikişi ilə tikilir. Cib girişinin ölçüsü 16,5 sm-dir, hündürlüyü isə qapaqla birlikdə 19,5 sm-dir. Üst cib qapaqları cibə  2 ədəd basma düymə ilə bağlanır. Gödəkçənin ətəklərinin yan tərəfində listikli çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 18 sm, listikin eni 3 sm olur. Kürək bütöv biçimlidir, koketkalıdır. Koketkanın aşağı hissəsi 0,3 sm enində bəzək tikişi ilə baxyalanır və 3 sm enində sərbəst kürəyin üstünə qatlanır.

Qollar iki tikişlidir, aşağı kənarlarına eni 6-7 sm olan elastik rezin ilə yığılmış manjet tikilir. Qolu qol dibinə birləşdirən tikişə çiyin nahiyəsində fiqurlu paqon tikilir. Paqon bir ədəd basma düymə ilə düymələnir. Paqonun uzunluğu 14-15 sm, eni isə 5,5 sm olur.

Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkçənin aşağı hissəsinə 6-7 sm enində elastik rezin ilə yığılmış kəmər tikilir. Ön hissədə kəmər 24 sm məsafədə rezinə yığılmır. Yaxalıq qatlanandır.

Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir. Planka dörd ədəd basma düymə ilə ətəyə düymələnir. Ətəyin sağ hissəsinə 8 sm enində küləkdən qoruyan planka tikilir. Ətəyin bort hissəsi, zəncirbəndin kənarı, plankanın kənarı, birləşmə tikişi, yaxalıq, üst cib qapaqlarının kənarı, kəmərin ön hissəsi, paqonun kənarları, qolun dirsək tikişi 0,2-0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır. Yan cibin çərçivəsi, qolun qol dibinə birləşmə tikişi, yan tikişlər və qolun alt tikişi, yaxalığın boyun dibinə birləşmə tikişi 0,2 sm enində bəzək tikişi ilə baxyalanır (səh. 6, şəkil 2b)."; 

1.5. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"3.4. Qış papağı

Papaq öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir.";

1.6.  3.5-ci bənddə "isti qış gödəkçəsi," sözlərindən sonra  "qış səhra papağı, qış səhra gödəkçəsi," sözləri əlavə olunsun;

1.7. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

"4.1-1. Qış papağı

Papaq öz konstruksiyasına görə 3.4-cü bənddə sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanla eynidir, yalnız kəmərciyin üstünə işıq əks etdirən zolaq tikilir."; 

1.8. aşağıdakı məzmunda 5.6-1-ci və 5.6-2-ci bəndlər əlavə edilsin:

"5.6-1. Şalvar

Şalvar düz biçimlidir, ön hissəsi bir bükümlüdür, 16-17 sm ölçüdə yan kəsikli cibləri var. Ciblərin girişi 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Sağ arxa hissədə bir ədəd fiqurlu qapaqlı, kəsmə köbəli cib tikilir. Cib girişinin ölçüsü 14 sm, cib qapağının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm olur. Qapağın kənarları 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Cib bir asma ilgək və bir düymə ilə düymələnir.

Kəmər tikilmədir, eni 4,5 sm-dir, ona yeddi ədəd körpücük tikilir. Kəmərin sağ tərəfi çıxıntılı, sol tərəfi isə  bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı 1 ədəd ilgək və plastmas düymə ilə bağlanır. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Yan tikişlərə qırmızı mahuddan eni 0,3 sm olan kant tikilir. Kəmərin eni 4,5 sm olur  (səh. 9). 

5.6-2. Yay şalvarı

Şalvar öz konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan tikilir (səh. 10).";

1.9. 5.7-ci bənddə "İsti qulaqlı papaq" sözləri "Qış papağı" sözləri ilə əvəz edilsin və "isti qış gödəkçəsi," sözlərindən sonra "qış səhra papağı, qış səhra gödəkçəsi," sözləri əlavə edilsin;

1.10. "Azərbaycan Respublikası daxili işlər orqanlarının ali rəis heyəti üçün geyim formalarının təsviri"nə 3a nömrəli şəkil əlavə edilsin (səh. 5);

1.11. "Azərbaycan Respublikası daxili işlər orqanlarının orta və böyük rəis heyəti üçün geyim formalarının təsviri"ndə 1 və 2  nömrəli şəkillər yeniləri ilə  əvəz edilsin və 2a, 2b nömrəli şəkillər əlavə edilsin (səh. 6);

1.12. "Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti üçün geyim formalarının təsviri"ndə 1 və 2  nömrəli şəkillər yeniləri ilə əvəz edilsin və 2a nömrəli şəkil əlavə edilsin (səh. 7);

1.13. "Azərbaycan Respublikası daxili işlər orqanlarının dövlət yol polisi əməkdaşlarının sıravi və kiçik rəis heyəti üçün geyim formalarının təsviri"ndə 1 nömrəli şəkil yenisi ilə əvəz edilsin (səh. 8) ;

1.14.  "Azərbaycan Respublikası daxili işlər orqanlarının qadın orta və böyük rəis heyəti üçün geyim formalarının təsviri"nə 1a, 2a, 2b, 3a, 4a, 7a, 8a, 9a nömrəli şəkillər əlavə edilsin (səh. 9-10);

1.15. "Azərbaycan Respublikası daxili işlər orqanlarının qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının təsviri"nə 1a, 2a, 2b, 3a, 5a,  6a, 7a, 8a  nömrəli şəkillər əlavə edilsin (səh. 11-12);

1.16. "Azərbaycan Respublikası daxili işlər orqanlarının müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların təsviri"ndə isti qulaqlı papaqların  şəkilləri yeniləri ilə əvəz edilsin (səh. 13).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 sentyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video