06:31 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
00:37 27.07.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1.         2.1.5-ci yarımbəndin 1-ci abzasına ikinci halda “sektor müdiri,” sözlərindən sonra “baş mühasib,” sözləri əlavə edilsin.

2.         2.1.6-cı yarımbəndin 11-ci abzası ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM