Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir
Tender 1 LOT üzrə keçirilir.
LOT 1: - 5000 ədəd 6,5 metr hündürlüklü, kreozot məhlulu hopdurulmuş ağac dirəklərin satın alınması
İştirak haqqı: 1500 manat
Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma Portalından əldə edə bilərlər.
Müəssisənin adı:
"Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh, Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 01350100000000094944
S.W.I.F.T BİK: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının müştəri bazası haqqında məlumatlar;
- təklif olunan malların mənşə və keyfiyyət sertifikatları;
- tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan və tenderin əsas şərtlər toplusunun tələblərindən irəli gələn digər sənədlər.
İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 08 may 2020-ci il saat 11:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 19 may 2020-ci il saat 17:00-dək vahid satınalma Portalında yerləşdirməlidirlər.
İddiaçıların təklifləri 20 may 2020-ci il saat 11:00-da vahid satınalma Portalında açılacaqdır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!