10 Iyun 2021 00:16
595
ELANLAR
A- A+

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tabeli poçt müəssisələrinin “Matrix printer üçün (ribbon) lent”ləri ilə təmin edilməsi üzrə tender elan edir

 

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 Matrix printer üçün (ribbon) lent

 

Tender iştirakçılarına təklif edilir ki, http://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.

Hər bir iddiaçı tenderdə iştirak haqqı kimi:

LOT 1 200 manat məbləğində pul vəsaitini “ASAN ödəniş” sistemi ilə bank hesabına köçürməlidir:

“Azərpoçt” MMC

VÖEN: 9900037711

Bankın adı: “Azərpoçt” MMC

Kodu: 690001           

VÖEN: 9900037711

Müxbir hesab: AZ76NABZ01350100000000094944         

Hesab №-si:    AZ82AZPO99995381000420000125

S.W.I.F.T.Bik: AZPOAZ22

 

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir  ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

-  iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- iddiaçının satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- iddiaçının analoji iş təcrübəsini təsdiq edən sənədlər (İddiaçının xidmət göstərdiyi, eləcə də əməkdaşlıq etdiyi şirkətlərdən tövsiyə məktubları (ən azı 3), podratçı kimi dövlət satınalmalarında iştirakı, bağlanılmış satınalma müqavilələrinin surəti);

- iddiaçının Əsas şərtlər toplusunda müəyyən edilmiş mallar üzrə həmin malları satmağa müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (manufacturer authorization form);

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi. Təkliflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir;

- iddiaçının tender təklifinin bank təminatı  (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tələb edilir).

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 02 iyul 2021-ci il saat 11:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 12 iyul 2021-ci il saat 18:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 13 iyul 2021-ci il saat 11:00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır.

Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:

Oktay İsmayılov - Tender komissiyasının üzvü, (tel.: (+99412) 493-56-00, faks: (+99412) 493-00-37).

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video