08 Oktyabr 2021 00:30
868
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

“İgidliyə görə” medalı ilə

 

Abdullayev Cəsarət Ramazan oğlu - mayor

Gəncəliyev Həsən Altay oğlu - kapitan

Abduləzimov Əli Xanlar oğlu - tibb xidməti baş leytenantı

Hacıyev Pərviz Əskər oğlu - baş leytenant

İsmayılov Elmar Elnur oğlu - baş leytenant

Salahov Gündüz Vəliyəddin oğlu - baş leytenant

Yusifli Seymur Şəmistan oğlu - baş leytenant

Zeynalov Elvin Elman oğlu - baş leytenant

Quliyev İlkin Məstan oğlu - leytenant

Ağaliyev Kamran Məmmədağa oğlu - baş gizir

Seyidov Mirbağır Miryaqub oğlu - baş gizir

Ağayev Şəhram Hilal oğlu - gizir

Həşimov Sahil Nağı oğlu - gizir

Mahmudzadə Tural Nazim oğlu - gizir

Məhərrəmov Cahangir Çingiz oğlu - gizir

Hüseynov Vasif Vahid oğlu - baş çavuş

Məmmədov Vüqar Məmməd oğlu - əsgər

Musayev Rövşən Nail oğlu - əsgər

Rzayev Qafar Tofiq oğlu - əsgər

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Nəsirli Səməd Yaşılxan oğlu - baş leytenant

Saqizadə Məhəmməd Elman oğlu - baş leytenant

Abdunov Saleh Valeh oğlu - çavuş

Əcəmov Zaur Zabil oğlu - çavuş

Əliyev Vüsal Qurbanxan oğlu - çavuş

Həsənov Rusif Yusif oğlu - çavuş

Kərimov Alik Kərim oğlu - çavuş

Mirzəmətov Vadim Mihman oğlu - çavuş

Baxşiyev Elman Əlhüseyn oğlu - kiçik çavuş

Familzadə Əliheydər Ədalət oğlu - kiçik çavuş

Həziyev Pilağa Bəfalı oğlu - kiçik çavuş

Qəhrəman Elmir Elnur oğlu - kiçik çavuş

Musayev İsmət Cəlil oğlu - kiçik çavuş

Şabutov Şabut Sakit oğlu - kiçik çavuş

Paşayev Seymur Silduz oğlu - baş əsgər

Bayramov Ağabala Bəhram oğlu - əsgər

Əzizov Pərviz Qubad oğlu - əsgər

Muradov Zahid Məmməd oğlu - əsgər

Tahirov Çingiz Abdulla oğlu - əsgər

Tarıverdiyev Fariz Əfqan oğlu - əsgər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 oktyabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video