17:42 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə
ANA SƏHİFƏ / MILLI MƏCLIS
03:12 18.12.2013

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:

"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qərarın 10-cu, 17-ci, 28-ci, 57-ci, 61-ci və 73-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

10. Azərbaycan - Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Əliyev Rauf Asif oğlu

17. Azərbaycan - Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Novruzov Siyavuş Dünyamalı oğlu

28. Azərbaycan - İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Əliyev Nəriman Əlibala oğlu 

57. Azərbaycan - Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Məmmədov İqbal Nəriman oğlu

61. Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Cavadov Ərəstun Nurəddin oğlu

73. Azərbaycan - Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Hüseynov Əliağa İzzət oğlu.

2. Qərarın 78-ci və 79-cu bəndləri müvafiq olaraq 79-cu və 81-ci bəndlər hesab edilsin.

3. Qərara aşağıdakı məzmunda 78-ci və 80-ci bəndlər əlavə edilsin:

78. Azərbaycan - Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Aslanov Novruzəli Davud oğlu

80. Azərbaycan - Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Qənizadə Çingiz Aşralı oğlu.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.ƏSƏDOV

 

Bakı şəhəri, 17 dekabr 2013-cü il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM