06 Noyabr 2011 01:11
841
Milli Məclis
A- A+

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının iclasında iştirak edəcəkdir

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının iclasında iştirak etmək üçün noyabrın 9-da Sankt-Peterburqa səfər edəcəkdir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov noyabrın 5-də keçirdiyi brifinqdə demişdir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB Parlament Assambleyası Şurasının iclasında təşkilati məsələlərlə yanaşı, Qırğız Respublikasında prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçi kimi iştirakı, Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, Neva ekoloji konqresinin, "Vətəndaşların demokratiya və seçki hüquqları", "MDB: nailiyyətlər, problemlər və perspektivlər" adlı seminarların nəticələri barədə və digər mövzularda müzakirələr aparılacaqdır.

Nümayəndə heyətinin üzvləri burada seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulmuş seminarda,  MDB PA-nın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun Rusiya Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və tədbirlərdə iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.

Bu görüşlərdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaqdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video