20:32 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında
ANA SƏHİFƏ / MILLI MƏCLIS
01:49 14.03.2020


Azərbaycan Respublikası Milli Məclisinin Qərarı


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri seçilsinlər:

Abbaszadə Mahir Tapdıq oğlu,

Allahverdiyev Elnur Marat oğlu,

Cəfərov Müşfiq Cəfər oğlu,

Əhmədova Jalə Fərhad qızı,

Əliyev Etibar Qasım oğlu,

Həsən Ramil Sahib oğlu,

Hüseynova Sevinc Əmirəhməd qızı,

İskəndərov Vüqar Yapon oğlu,

Quliyev Cəbi Hüseyn oğlu,

Quliyev Ülvi Zahid oğlu,

Nurullayeva Könül Oruc qızı,

Osmanov Cavid Həmid oğlu,

Seyidzadə Şahin Kamil oğlu,

Səlimov Eldəniz Adil oğlu.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM