Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:
Abbasova Mahirə Həsrət qızı AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru;
Cəfərov Nizami Qulu oğlu Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;
Həbibbəyli İsa Əkbər oğlu Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik;
Hüseynov Rafael Baba oğlu Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik;
İbrahimli Fəzail Feyruz oğlu Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru;
Qarayev İdrak Akif oğlu Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri;
Quliyev Musa İsa oğlu Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru;
Mahmudov Yaqub Mikayıl oğlu Milli Məclisin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;
Məmmədov Ramiz Mahmud oğlu AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;
Məşədiyev Qara İbrahim oğlu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;
Vəlixanlı Nailə Məmmədəli qızı AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru, akademik.
2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 1 dekabr 2015-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!