06 Sentyabr 2012 01:09
364
MSK
A- A+

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Ukrayna Ali Radasına keçiriləcək seçkiləri müşahidə edəcəkdir

 

Sentyabrın 5-də Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür. 

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sədr strateji müttəfiqlər olan Azərbaycan ilə Ukrayna arasında çoxsahəli əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulamışdır. M.Pənahov 10 ildən artıqdır ki, iki ölkənin MSK-ları arasında əməkdaşlıq barədə memorandumunun imzalandığını və bu sənədə uyğun olaraq təcrübə mübadiləsinin aparıldığını qeyd etmişdir. 

Azərbaycanın Ukrayna üçün sadəcə strateji tərəfdaş deyil, həm də yaxın dost olduğunu vurğulayan səfir ölkəmizin sürətlə inkişafından məmnunluğunu bildirmişdir. Diplomat oktyabrın 28-də Ali Radaya keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün Ukrayna tərəfinin dəvətini MSK sədrinə çatdırmışdır.

Dəvətə görə təşəkkürünü bildirən M.Pənahov qeyd etmişdir ki, MSK-nın əməkdaşları Ukraynada bundan əvvəl də keçirilmiş seçkilərdə müşahidəçi kimi iştirak etmişlər. Sədr demişdir ki, Ali Radaya keçiriləcək seçkiləri MSK-nın əməkdaşları həm beynəlxalq qurumların missiyalarının tərkibində, həm də müstəqil nümayəndə heyəti olaraq müşahidə edəcəklər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video