10:37 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:12 24.12.2011

 

Qərar №17/54

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli sərəncamında İnformasiya Mərkəzinin Mərkəzi Seçki Komissiyası Katibliyinin tərkibinə daxil edilməsi məqsədilə müvafiq dəyişiklik edilmiş, sərəncamın icrası Mərkəzi Seçki Komissiyasına tövsiyə edilmişdir.

Bununla əlaqədar, habelə Mərkəzi Seçki Komissiyasının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun və ştat vahidlərinin yenidən müəyyən edilərək təsdiq edilməsi zərurəti də yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, və 28.5-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli Sərəncamının 1-ci və 2-ci hissələrini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu 118 ştat vahidi olmaqla yenidən təsdiq edilsin (cədvəl əlavə edilir).

2. Qərarın icrası 1 yanvar 2012-ci ilədək həyata keçirilsin.  

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

23.12.2011-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyası Katibliyinin strukturu

 

Ştat vahidlərinin sayı    - 118

 

Katibliyin rəhbərliyi         -  3

Şöbə müdiri                   - 10

Sektor müdiri                 -  5

Baş məsləhətçi               -  26

Böyük məsləhətçi             -  18

Aparıcı məsləhətçi           -  4

Məsləhətçi                    - 17

Baş mütəxəssis              -  24

(o cümlədən sürücü           -  12)

Böyük mütəxəssis            -  2

Xadimə                           -  9

 

Struktur bölməsinin adı

 

MSK katibliyinin müdiri

MSK katibliyi rəhbərinin müavini

MSK katibliyi müdirinin köməkçisi

Təşkilat şöbəsi

Hüquq şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi

Treyninq sektoru

İnformasiya mərkəzi (şöbə hüququnda)

İnformasiya sistemlərinin  avtomatlaşdırılması sektoru                                                                                                                                                                                                                                                                                 

Texniki və sistem təminatı sektoru

İnformasiya şəbəkəsinə nəzarət və  koordinasiya sektoru                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

Ümumi şöbə

Sənədlərlə iş sektoru

Monitorinq şöbəsi

Media və ictimai əlaqələr şöbəsi

Redaksiya və nəşr şöbəsi                                                                                            

Maliyyə şöbəsi

Təsərrüfat şöbəsi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM