22 Iyun 2021 00:44
473
ELANLAR
A- A+

Azərbaycan Respublikası Mərkəzi Bankı “Banklararası Kart Mərkəzi”nin “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın (PCI DSS) tələblərinə uyğunluğu üzrə auditin aparılması və PCI DSS sertifikatının alınması və SWIFT üzrə lokal infrastrukturun SWIFT cəmiyyətinin “İstifadəçi təhlükəsizliyinə nəzarət konsepsiyası”nın (CSCF) tələblərinə uyğunluğu üzrə auditin həyata keçirilməsi ilə bağlı açıq tender elan edir

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı LOT-lar üzrə açıq tender keçirir.

1-ci LOT üzrə tenderin predmeti: Mərkəzi Bankın Banklararası Kart Mərkəzi infrastrukturunun “Ödəniş kartı sahəsində təhlükəsizlik standartları şurası” (bundan sonra PCI SSC) tərəfindən təqdim olunan “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın (Payment Card Industry Data Security Standards) aktual versiyasının (bundan sonra - PCI DSS) tələblərinə uyğunluğu üzrə illik əsasda 4 il müddətində auditin həyata keçirilməsi və müvafiq sertifikatın alınmasıdır.

2-ci LOT üzrə tenderin predmeti: Mərkəzi Bankın lokal SWIFT infrastrukturunun SWIFT cəmiyyəti tərəfindən “İstifadəçinin təhlükəsizliyi proqramı” (Customer Security Programme) çərçivəsində (bundan sonra - CSP) təqdim olunan “İstifadəçi təhlükəsizliyinə nəzarət konsepsiyası”nın (Customer Security Controls Framework) hər il yenilənən aktual versiyasının (bundan sonra - CSCF) tələblərinə uyğunluğu üzrə illik əsasda 4 il müddətində auditin həyata keçirilməsidir.

Tender proseduru 10 avqust 2021-ci il saat 15:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 21 sentyabr 2021-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

- iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 2 (iki) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla)  əks etdirən məlumatlar;

- iddiaçının ixtisas uyğunluğuna dair tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 09 avqust 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 30 iyul 2021-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

Hər bir LOT üzrə ayrılıqda iddiaçılar iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab №: AZ25NABZ01701190000000001944 

M/h: AZ74NABZ01451700000000001944 

Kod: 501004

VÖEN: 9900071001

SWIFT BIK: NABZAZ2C.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER account

№ AZ25NABZ01701190000000001944, SWIFT BIK: NABZAZ2XXXX.

Xidmətlərin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində (xarici iddiaçılar həmçinin ingilis dilində) tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Fuad Səbziyev (Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: 493-11-22 (177), faks: 493-55-41, elektron poçt ünvanı:[email protected].

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video