04 Oktyabr 2012 01:10
370
MSK
A- A+

Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar №4/13

 

Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova 2012-ci il  oktyabrın 1-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından imtina etməsini bildirib və bu barədə qanunla müəyyən edilmiş qaydada qərarın qəbul edilməsini xahiş etmişdi.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı özü imtina etdikdə deputat mandatından məhrum edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda, Mərkəzi Seçki Komissiyası tərəfindən qərar qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müraciəti  əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara  alır:

1. Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova deputat mandatından məhrum edilsin.

2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

03.10.2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video