07 Mart 2021 00:37
763
ELANLAR
A- A+

Azərbaycan Respublikası Baş Prokurorluğu 2021-ci ildə dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının və katriclərin, geyim formasının, avadanlıqların, ofis və kabinet mebellərinin satın alınması ilə əlaqədar açıq tender elan edir

 

Tender 4 (dörd) LOT üzrə keçirilir:

LOT - 1. Dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının və katriclərin  satın alınması.

LOT - 2 . Geyim formasının satın alınması.   

LOT - 3. Avadanlıqların satın alınması.

LOT - 4. Ofis  və kabinet mebellərinin satın alınması.

Tender  iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Malların təchiz olunma müddəti - il ərzində.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə, iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər LOT üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada ala bilərlər.

Əlaqələndirici şəxs: Adgözəlov Pərviz Ramazan oğlu

Ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7, Tel: 492-64-80

Təşkilat: Azərbaycan Respublikası Baş Prokurorluğu

VÖEN: 1700354471

H/h: AZ11CTRE00000000000003118570 

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ22

Budcə  təsnifatının kodu:142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar  tenderdə  iştirak etmək  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün elektron müracət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender  təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının   son   bir  ildəki   fəaliyyəti   haqqında   vergi   orqanları tərəfindən təsdiq olunmuş  maliyyə hesabatının  surəti;

- iddiaçının son üç ildəki müvafiq işlər üzrə fəaliyyəti haqqında müəssisə tərəfindən təsdiq olunmuş arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə  və uyğunluq sertifikatları.

 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender  təklifi və bank zəmanəti istisna olmaqla)  05 aprel 2021-ci  il saat 11:00-a qədər, tender təklifi və bank zəmanətini isə13 aprel  2021-ci  il saat 11:00-a qədər  Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 aprel 2021-ci il saat 11:00-da Portal vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video