10 Sentyabr 2021 23:21
1281
PARLAMENT
A- A+

Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

 

Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri ölkəmizə səfərə gələn Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səməd Seyidov ölkələrimiz arasında tarixən formalaşmış əlaqələrdən söz açıb. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında parlamentlərimiz arasındakı əməkdaşlığın mühüm rolundan danışıb. Milli Məclisin sədri Sahibə Qafarovanın Vyanada Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşünün əhəmiyyətini qeyd edib. Xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi vacibliyini diqqətə çatdırıb. Qonaqlara Şuşada və işğaldan azad olunmuş digər bölgələrimizdə aparılan quruculuq işləri barədə məlumat verib. Füzulidə hava limanının tikilib istifadəyə verildiyini, Ağdam şəhərinin minalardan tamamilə təmizləndiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Parlament Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan tarixi ədalətin bərpası, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər münasibətilə xalqımıza təbriklərini çatdırıb. Azərbaycanın möhtəşəm Qələbəsini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Şuşanı, işğaldan azad olunmuş Qarabağı görmək arzusunda olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında Qazaxıstan şirkətlərinin də iştirak etmək arzusunu ifadə edib. Bölgədə inşa olunacaq nəqliyyat dəhlizlərinin qlobal əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar.

Azərbaycanın qələbəsinə ürəkdən sevindiklərini bildirən Qazaxıstan parlamentinin deputatları Darxan Mınbay və Abilfas Xamedov bölgədə formalaşan yeni reallığın parlamentlərarası əlaqələrin inkişafına da təkan verəcəyinə əminlik ifadə ediblər. Qonaqlar bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və qələbədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, tikinti-quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.

Görüşdə Milli Məclisin deputatları Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Kamran Bayramov, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov və səfirliyin müşaviri Jandos Nurmaxambetov, nümayəndə heyətinin üzvləri Amerxan Rahimjanov, Almas Kulmaqanbetov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video