12 Yanvar 2012 12:01
402
Mədəniyyət
A- A+

«Azərbaycan qadını» jurnalının növbəti nömrəsi də oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunmuşdur

 

Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.

Jurnalın yeni nömrəsində "Zərif xanıma zərif orden" adlı yazıda oxucular ötən ilin oktyabrında Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya Fransanın "Şərəf Legionunun zabiti" dövlət ordeninin təqdim edilməsi haqqında məqalə ilə tanış ola bilərlər.

"Bakı ilə Berlinin birgə bayramı" və "Azərbaycanın İtaliyada qeyri-adi təqdimatı" başlıqlı məqalələrdə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Almaniyada və İtaliyada keçirilmiş təntənəli mərasimlərə həsr edilmiş yazılar diqqəti cəlb edir. Məqalələrdə Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri ilə bağlı nitqləri, eləcə də bu tədbirlər zamanı milli musiqimizin maraqla dinlənilməsi və xalqımızın qədim mədəni irsini təbliğ edən silsilə sərgilərin böyük heyranlıqla qarşılanması bir daha bizdə qürur doğurur.

Nəşrin bu nömrəsində xüsusi yer alan "Qəbələdən görünən yer kürəsi" başlıqlı yazı 2011-ci ilin  noyabrında Azərbaycanın dilbər guşələrindən birində - Qəbələdə, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA tərəfindən təşkil edilmiş aksiyaya həsr edilmişdir. "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə keçirilmiş bu aksiyanın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA-nın təsisçisi Leyla Əliyevanın nitqi də diqqətdən yayınmır. Nəşrin bu sayında, həmçinin Nyu-Yorkun möhtəşəm "Plaza" hotelində "Xərçəngdən və qan xəstəliyindən əziyyət çəkən uşaqlar fondu"nun Leyla xanım Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə təqdim etdiyi "Key-to Life" - "Həyat açarı" mükafatının təqdimatına həsr edilmiş məqalə də yer almışdır.

Oxucular bu nömrədə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ilk azərbaycanlı qadın Natalya Mustafayeva və türk idmançıları ilə birlikdə Anadolunun ən yüksək zirvəsinə qalxaraq orada Azərbaycan bayrağını dalğalandıran alpinist Səbinə Adilzadə haqqında ətraflı məlumatlar əldə edə biləcəklər.

Ötən il Bakıda təşkil edilmiş sərgi şəhərin həyatında əlamətdar hadisəyə çevrildi. Bu sərgi "Ön söz" təsviri sənət sahəsində Azərbaycanın gənc yaradıcı qüvvələrini bir araya gətirən yeni təşkilatın - "Yarat" müasir incəsənət məkanının ilk aksiyası idi. Aksiyanı geniş şəkildə təsvir edən növbəti yazıda isə məhz layihəsinin təqdimatından və "Yarat" təşkilatına rəhbərlik edən Aida Mahmudovanın sənət dünyasından bəhs edilmişdir. "Dünya bir pəncərədir" başlıqlı yazıda da məhz A.Mahmudovanın həyat və sənət haqqında maraqlı və bir-birindən fərqli düşüncələri əks olunmuşdur.

 Jurnalda təqdim olunmuş "Hərəsi bir xəzinə" başlıqlı məqalələr silsiləsində isə müxtəlif banklarda rəhbər vəzifələrdə çalışan 8 qadının həyat yoluna işıq salınır və onların dünyaya baxışları haqqında oxucuda dolğun təsəvvür yaradılır.

"Azərbaycan qadını" jurnalının bu nömrəsində daha bir yazı  oxucunun ürəyincə olacaqdır. İlk növbədə ona görə ki, bu "Pyedestal"ın qonağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Maraqlı faktlarla zəngin olan və rəvan dillə yazılmış "Yeni əsrin yeni lideri" sərlövhəli məqalə jurnal əməkdaşlarının Azərbaycan Prezidentinin yubileyinə dəyərli töhfəsidir.

Jurnalda 2011-ci ilin mədəniyyət hadisəsinə çevrilmiş Beynəlxalq Kukla Biennalesi, "Bakı" jurnalının təqdimatına həsr edilmiş mərasim, cazla sözün harmoniyasını əks etdirən konsert proqramı ilə bağlı yazılar da həmin xoş anları bir daha oxucuların yaddaşında canlandırır.

"Azərbaycan qadını"nın  bu nömrəsi də bir-birindən maraqlı fotomaterialla zəngindir.

Jurnalın hər nömrəsinin oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilmişdir. Bu dəfə isə tədbir iştirakçıları jurnalın müsahiblərindən biri olan Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin etno-caz üslubunda  maraqlı konsertini dinləmişlər.

Konsertdə S.Ələkbərzadəni Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov (zərb alətləri), Elşad Abdulrəhimov (nağara) və Malik Mansurov (ud, tar) müşayiət  etmişlər.

Ritmlərin, melodiyaların və improvizələrin harmoniyasında təcəssüm tapan bu musiqi parçaları ifaçılar və tamaşaçılar arasında rabitə yaradaraq onları gözəl bir atmosferdə qovuşdurmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video