12 Yanvar 2012 12:01
371
CƏMİYYƏT
A- A+

Azərbaycan Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilmişdir

 

Yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilmişdir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov dövlət başçısının fərmanından irəli gələn əsas məqsəd və hədəflərdən danışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını vurğulayan Komissiyanın sədri bildirmişdir ki, müvafiq fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaradacaqdır. 

Komissiyanın sədri bildirmişdir ki, 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş "Hərbi qulluqçuların statusu haqqında" Qanunda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müddəaların olmasına baxmayaraq, bunların həyata keçirilməsi mümkün olmamışdır. S.Şərifov demişdir: "Çünki qanun qəbul olunarkən dövlətin real maliyyə imkanları düzgün qiymətləndirilməmişdir. Bu da həmin qanunun icrasını mümkünsüz etmişdir. Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 28-də imzalanmış fərman isə Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla onların mənzillə təmin edilməsi məsələsinin həllinin real və praktiki mexanizmini özündə təsbit edir".

İclasda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanması məsələsi də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün  ilk növbədə fərmanda göstərilən müddətdə qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısının hazırlanması üçün istifadə olunacaq meyarlar düzgün müəyyənləşdirilməlidir.

Komissiya tərəfindən aşağıdakı meyarlardan istifadə olunması qərara alınmışdır:

Hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma.

Eyni zamanda, qərara alınmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən olunmuş meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı Komissiyaya təqdim etsin.

İclasda çıxış edən Komissiya üzvləri hərbi qulluqçuların dövlət tərəfindən mənzillə təmin edilməsinə dair qərarı yüksək qiymətləndirərək Komissiyanın işi ilə bağlı fikirlərini söyləmişlər.

Komissiyanın növbəti iclasının fevral ayının ilk ongünlüyündə keçirilməsi qərara alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video