15 Fevral 2018 12:02
830
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, İvan Skalfarotto İtaliyanın Baş naziri Paolo Centiloninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirdi. İvan Skalfarotto ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini dedi, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğuladı. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə etdi.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

Dövlətimizin başçısı Baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video