02 Sentyabr 2011 12:09
566
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Serbiya Respublikasına səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli mərhələ olduğunu dedi. Qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Xarici işlər naziri Vuk Yeremiç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin  Serbiyaya səfərini tarixi səfər adlandıraraq bunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd etdi. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan nazir Serbiya Prezidentinin tapşırığı ilə ölkəmizə səfər etdiyini, əlaqələrimizin digər sahələrdə də inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturları ilə müzakirələr aparacağını dedi.  

Dövlətimizin başçısı Prezident Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video