19 Oktyabr 2011 01:10
591
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ekvadordan ilk dəfə nazirlər səviyyəsində ölkəmizə nümayəndə heyətinin gəldiyini vurğulayan Prezident İlham Əliyev bu cür səfərlərin sayının artacağına və bu səfərin ölkələrimiz arasında fəal münasibətlərin əsasının qoyulması işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi. Dövlətimizin başçısı ekvadorlu nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. 

Nazir Rikardo Armando Patinyo Arokan Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. Rikardo Armando Patinyo Arokan Azərbaycana ilk səfərindən məmnunluğunu bildirdi. Ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir bu səfərin Azərbaycan ilə Ekvador  arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağını dedi.

Dövlətimizin başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video