23 Dekabr 2014 06:12
571
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospektinin yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib.

Prezident İlham Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişi ilə Bakıda və eləcə də respublikamızın ayrı-ayrı rayonlarında yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarına uyğun olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi, Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yeni-yeni yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi son illər böyük sürət alıb. Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı görülən işlər də bu sıradandır.

Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video