Azərbaycan Prezidenti İlham Əliyev Bakının Buzovna qəsəbəsində yeraltı piyada keçidlərinin açılışında iştirak etmişdir
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobillərin və piyadaların daha sıx olduğu Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci kilometrliyində yeni inşa olunmuş yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına keçidin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə bu ilin iyununda başlanılmış keçid Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dörd girişi olan keçidin ümumi uzunluğu 44, eni 6, hündürlüyü isə 3 metrdir. Tikinti işləri zamanı yerli və xarici materiallardan istifadə olunmuş keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, məhəccərlər isə paslanmayan metaldan düzəldilmişdir. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca panduslar quraşdırılmışdır. Keçidin istifadəyə verilməsi piyadaların və nəqliyyatın sıx olduğu bu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaqdır.
* * *
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, piyada keçidinin tikintisinə bu ilin mayında başlanmışdır. Burada yaşayış binalarının, məktəbin və iaşə obyektlərinin olması keçidin tikilməsi zərurətini yaratmışdır. Piyadaların və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından da əhəmiyyətli olan keçidin tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işləri zamanı yerli və xarici materiallardan istifadə olunmuşdur.
Bildirildi ki, uzunluğu 48, eni 6, hündürlüyü isə 3 metr olan keçiddə piyadalar yaxınlaşarkən avtomatik işə düşən işıq sistemi quraşdırılmışdır. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin pilləkənlərində əlil arabalarının hərəkəti üçün ayrıca panduslar düzəldilmişdir.
Dövlətimizin başçısına həmçinin ərazidə aparılan abadlıq işləri barədə də ətraflı məlumat verildi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addım...
29 Mart
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!