22:29 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Prezidenti Administrasiyası və «RİA-Novosti» informasiya agentliyi xətti ilə Moskvada təhsil almış Azərbaycan jurnalistlərinə diplomlar təqdim edilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
03:07 01.07.2012
 

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Prezidenti Administrasiyası və "RİA-Novosti" informasiya agentliyi xətti ilə Rusiyanın ən nüfuzlu ali məktəblərinin birində təhsil almış Azərbaycan jurnalistlərinə MDLU-nun diplomlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə universitetin rektoru, professor İrina Xaleyeva, "RİA-Novosti" informasiya agentliyinin baş redaktorunun müşaviri, tanınmış jurnalist Alan Kasayev, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, MDLU yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva, MDLU-nun professor-müəllim heyətinin nümayəndələri iştirak edirdi.

MDLU-nun rektoru İrina Xaleyeva tədbiri açaraq bütün sahələrdə Azərbaycan-Rusiya əlaqələrini yüksək qiymətləndirmiş, ikitərəfli Rusiya-Azərbaycan humanitar əlaqələrinin dinamik və uğurlu inkişafını qeyd etmişdir. Onun sözlərinə görə, Bakıda keçirilmiş Üçüncü Rusiya-Azərbaycan regionlararası forumu dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisi və təsdiqi olmuşdur. Rektor İ.Xaleyeva demişdir: "Azərbaycan ilə münasibətlərin yüksək səviyyəsi bizi qane edir. Bizim ali məktəbdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, burada Azərbaycan dili tədris edilir və rusiyalı tələbələr bu dili öyrənirlər. Bundan əlavə, Azərbaycanın aparıcı informasiya agentliklərinin və KİV-lərinin nümayəndələri bizim ali məktəbdə əlavə təhsil alır, bununla da özlərinin peşə səviyyəsini və spesifik vərdişlərini artırırlar. Bu gün "Beynəlxalq jurnalistika" ixtisası üzrə təhsil almış və MDLU-nun diplomlarına layiq görülmüş tələbə-jurnalistlər qrupunun birinci buraxılışıdır. Ümid edirəm ki, Azərbaycan Prezidenti Administrasiyasının və "RİA-Novosti" informasiya agentliyinin bu proqramı gələcəkdə də davam edəcəkdir".

"RİA-Novosti" informasiya agentliyinin baş redaktorunun müşaviri Alan Kasayev azərbaycanlı jurnalistləri təhsili uğurla başa vurmaları və onlara MDLU-nun diplomlarının təqdim edilməsi münasibətilə təbrik etmişdir. O, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənova müəyyən mənada nadir olan bu təhsil proqramını dəstəklədiyinə görə dərin təşəkkürünü bildirmişdir. A.Kasayev demişdir: "Artıq ikinci ildir ki, biz Əli Həsənovun dəstəyi və şəxsi köməyi sayəsində bu proqramı həyata keçiririk. Azərbaycan jurnalistləri bu proqram çərçivəsində MDLU-da təhsil alır və "RİA-Novosti" agentliyində təcrübə keçirlər. Bu, bizim ilk buraxılışdır və şübhə etmirəm ki, indi həm də MDLU-nun məzunları olan Azərbaycan jurnalistləri Azərbaycanın media birliyində layiqli yer tutacaq, Moskvada təhsil aldıqları və praktika keçdikləri dövrdə qazandıqları təcrübədən istifadə edəcəklər".

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun azərbaycanlı jurnalistlərə ünvanlanmış təbriklərini çatdırmışdır. Nigar Axundova Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin mühüm tərkib hissəsi olan çoxşaxəli humanitar əməkdaşlıq mövzusuna toxunaraq əmin olduğunu bildirmişdir ki, MDLU-nun diplomlarını almaqla həyata daha bir mühüm və ciddi vəsiqə almış Azərbaycan jurnalistləri Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin və əməkdaşlığın dərinləşməsinə və inkişafına sanballı töhfə verəcəklər.

Çıxışlardan sonra MDLU-nun məzunları olan azərbaycanlı jurnalistlərə diplomların təntənəli şəkildə təqdim edilməsi mərasimi keçirilmişdir. Diplomları İrina Xaleyeva və Alan Kasayev təqdim etmişlər.

AzərTAc-ın jurnalistləri Orxan Yolçuyev və Vüqar Əliyev azərbaycanlı tələbələr adından çıxış edərək bizim jurnalistlərin ixtisasını artırmaq üçün yaradılmış imkana görə bu ali məktəbin, "RİA-Novosti" agentliyinin rəhbərliyinə və Azərbaycan Prezidenti Administrasiyasına təşəkkürlərini bildirərək qeyd etmişlər ki, onlar Moskvada qazandıqları zəngin təcrübədən öz fəaliyyətlərində uğurla istifadə edəcəklər.

Qeyd etmək lazımdır ki, "Beynəlxalq jurnalistika" ixtisası üzrə MDLU-nun diplomlarına Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) müxbirləri Nadir İsmayılov, Vüqar Əliyev və Orxan Yolçuyev, APA informasiya agentliyinin müxbiri Fərid Əkbərov və habelə müstəqil jurnalistlər Aynur və Həmid Həmidovlar layiq görülmüşlər.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM