16 Fevral 2021 01:07
792
Səhiyyə
A- A+

Azərbaycan ön sıralardadır

 

Bu gün Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir. Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar. Əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub.

Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və buradakı nümayəndələrinə vaksinasiya həyata keçirilib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O bildirib ki, bu gün pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır. Azərbaycan da vaksinasiyanı həyata keçirən ölkələr arasında ön sıralardadır. İcraçı direktorun sözlərinə görə, bu gündən xəstəxananın bəzi əməkdaşlarına vaksinin ikinci dozasının vurulmasına başlanılıb. Yanvarın 18-də xəstəxanada ilk dozanı vurduran rəsmi şəxslər bu gün ikinci dozanı vurduracaqlar.

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da vaksin vurdurdu. Bu onu göstərir ki, bütün tibb işçiləri də, dünya təşkilatları da bu vaksinasiyanın tərəfdarıdırlar. Vaksinasiya tədbirləri Azərbaycanda kifayət qədər geniş vüsət alıb”, - deyə A.Həsənov qeyd edib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video