19:44 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Olimpiya Oyunlarında: 6 iştirak, 44 medal

ANA SƏHİFƏ / İDMAN
01:28 18.07.2021

 

Güləş: 23 medal (4 qızıl, 8 gümüş, 11 bürünc)

Boks: 8 medal (1 gümüş, 7 bürünc)

Cüdo: 4 medal (1 qızıl, 2 gümüş, 1 bürünc)

Taekvondo: 3 medal (1 qızıl, 2 bürünc)

Avarçəkmə: 2 medal (1 gümüş, 1 bürünc)

Stend atıcılığı: 3 medal (1 qızıl, 2 bürünc)

Ağırlıqqaldırma: 1 medal (1 bürünc)

 

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda 32-ci Yay Olimpiya Oyunları start götürəcək. “Tokio-2020”də 12 mindən çox idmançı 339 medal dəsti uğrunda mübarizə aparacaq. Bundan əvvəl çıxış etdiyi Yay Olimpiya Oyunlarında böyük nəticələrə imza atan Azərbaycan turnirə 44 idmançı ilə yollanır. Ümumiyyətlə, atletlərimiz çıxış etdikləri son

6 olimpiadada çox möhtəşəm tarixi zəfərlərə imza atıblar. Onları bir daha xatırlamaq yerinə düşərdi.

1996-cı ildə ABŞ-da keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanmışdı.

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında

23-cü) yeri tutdu. Komandamıza ilk qızıl medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. İkinci qızıl medalı isə Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.

21-ci minilliyin ilk Olimpiya Oyunlarında- “Afina-2004”də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, “Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

2008-ci ildə Pekində təşkil edilən Olimpiadada isə Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olunurdu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandı. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalları isə yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) qazandırdı. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medallara layiq görüldülər.

Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması

7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, növünə görə isə 39-cu oldu.

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal

(2 qızıl, 2 gümüş, 6 bürünc) qazandılar. Bununla 204 ölkə arasında 30-cu olan ölkəmiz medalların ümumi sayına görə 25-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerdə qərarlaşdı.

Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. Ölkəmiz ilk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazandı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider oldu.

Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla döndülər.

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan biri oldu. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə etdi. Radik İsayev isə Azərbaycanın yeganə qızıl medalının sahibi oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova da medalsız qalmadılar. Onların qismətinə bürünc medal düşdü.

Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü İnna Osipenko-Rodomskaya əlavə etdi.

İndi isə “Tokio-2020”dir. Ümid edir və inanırıq ki, idmançılarımız onlara göstərilən etimadı doğruldaraq Vətənə daha yaxşı nəticələrlə qayıdacaqlar.

Uğurlar, Azərbaycan!

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM