25 Oktyabr 2021 17:26
683
İDMAN
A- A+

Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edib

 

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) XXV Baş Assambleyasında iştirak edib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Mehman Kərimov təmsil ediblər.

MOKA-nın XXV Baş Assambleyasında bir sıra mühüm məsələlər müzakirə olunub. MOKA komissiyalarının 2017-2020-ci illər Olimpiya dövrü üçün hesabatları dinlənilib və qənaətbəxş qiymətləndirilib. Həmçinin 2021-2024-cü illər Olimpiya dövrü üçün MOKA-nın strateji planı, 2023-cü ildə MOKA-nın II Dünya Çimərlik Oyunlarının İndoneziyada təşkilinə dair təklif də iclas iştirakçılarının müsbət rəyini alıb. “Tokio-2020” Olimpiya Oyunlarında fərdi və komanda hesabında fərqlənmiş qadın və kişi idmançılar, həmçinin ötən dövrdə Olimpiya hərəkatınin inkişafına mühüm töhfə verən və fəallığı ilə seçilən Milli Olimpiya komitələri MOKA-nın xüsusi mükafatları ilə təltif olunub. İclasda futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi təklifi kəskin tənqid edilib. Bundan başqa, MOKA Əfqanıstandan olan idmançıların təxliyəsi və onlara lazımi dəstək göstərilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa çağırış edib.

Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti BOK-un Olimpiya Həmrəyliyi Fondu ilə MOK-un 2021-2024-cü illərdə həyata keçirməyi planlaşdırdıqları bir sıra mühüm və genişmiqyaslı layihələri müzakirə edib. Olimpiya mədəniyyəti və təhsil proqramının, rəqəmsal kommunikasiya və sosial media üzrə regional seminarın keçirilməsi məsələlərini də müzakirə edən nümayəndə heyəti televiziya marketinq xidmətləri, Olimpiya Oyunlarına bilet satışı, qonaqlama və lisenziya xidməti mövzusunda BOK-un təqdim etdiyi təkliflərə dair də fikir mübadiləsi aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video