20 Dekabr 2011 02:12
390
Mədəniyyət
A- A+

Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət Nazirlərinin VII Konfransında iştirak edir

 

Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət Nazirlərinin VII Konfransı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 18-də öz işinə başlamış ikigünlük konfransda Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə İƏT-in üzv ölkələri tərəfindən İslam dünyası üzrə mədəniyyət strategiyasının yerinə yetirilməsi, o cümlədən 2009-cu il oktyabrın 13-14-də Bakıda keçirilmiş İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Sessiyasının qərar və tövsiyələri əsasında reallaşdırılmış mədəniyyət və davamlı inkişaf proqramlarına dair hazırlanmış milli hesabatların dinlənilməsi nəzərdə tutulur.

Konfransın birinci gününün iclaslarına Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik etmişdir. Prosedura uyğun olaraq sədrlik növbəti iki il üçün Əlcəzair tərəfinə təqdim olunmuşdur.

 Ölkəmiz 2009-cu ildən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin Konfransına sədrlik edirdi. Azərbaycanın İslam dünyasındakı nüfuzu və fəaliyyəti nəzərə alınaraq ölkəmiz növbəti iki il üçün konfransın məruzəçisi seçilmişdir.

Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə konfransın yekun sənədinə Xocalıya ədalət, Qarabağda dağıdılmış İslam irsi və Ermənistanın işğalçılıq siyasəti  ilə bağlı bəndlər daxil edilmişdir. İclas çərçivəsində Ə.Qarayev Əlcəzair, Mərakeş, İran, İordaniya və bir sıra digər ölkələrin mədəniyyət nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video