23 May 2012 03:05
578
Səhiyyə
A- A+

Azərbaycan nümayəndə heyəti Dünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edir

 

Cenevrədə  Dünya Səhiyyə Assambleyasının  65-ci sessiyası işə başlamışdır. Səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi  Azərbaycan nümayəndə heyəti sessiyanın işində  iştirak edir.

AzərTAc xəbər verir  ki, Dünya Səhiyyə Təşkilatının  baş direktoru Marqaret Çan  tədbir iştirakçıları qarşısında çıxışında ümumi tibbi xidmətə keçməyə çağırmış və qlobal səhiyyə problemlərinin həllində diqqəti BRİKS  ölkələrinin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının potensialına cəlb etmişdir.

Marqaret Çan demişdir: "Bu ölkələr əsas dərmanların  əlçatan generiklər formasında  ən iri  təchizatçılarına çevrilmişlər ki, bu da  inkişafda olan ölkələrin xeyrinədir. BRİKS ölkələri texnologiyaların sürətlə ötürülməsi daxil olmaqla,  səhiyyənin  inkişafının alternativ modelini də   təklif edirlər".

Səhiyyə sahəsində "qızıl onilliyin" geridə qaldığını iddia edənlərlə  razılaşmayan  DST-nın başçısının fikrincə, bu gün,   iqtisadi sarsıntılar  dövründə  səhiyyə sahəsində kəskin maliyyələşdirmə çatışmazlığı  hiss edilir.  Onun fikrincə,  bu sahədə tərəqqi  başqa amillər, o cümlədən innovasiya qərarları  ilə bağlı  amillər hesabına mümkündür.

Marqaret Çan diqqəti belə bir məsələyə də cəlb etmişdir ki, hər il əməliyyatlar zamanı  yol verilən səhvlər üzündən  bir milyonadək  insan tələf olur.  DST bu yaxınlarda  cərrahlar üçün təlimat dərc etmişdir.  Təlimata dəqiq riayət edilməsi  500 minədək insanın  həyatını xilas etməyə imkan verər.

DST-nın baş direktoru  diqqəti səhiyyə sahəsində ən ciddi  problemlərə cəlb edərək vurğulamışdır ki, dünyada hər üç yaşlı adamdan birinin yüksək qan təzyiqi vardır.  Yüksək qan təzyiqi bütün insult və ürək xəstəlikləri hallarının təxminən yarısının səbəbidir. Hər on adamdan biri diabetdən əziyyət çəkir. Dünya əhalisinin 12 faizi - yarım milyard insan  piylənmədən əziyyət çəkir.  Bu rəqəm  son 30 ildə iki dəfə artmışdır.

Dünya Səhiyyə Assambleyasının sessiyasında  erkən nikahlar problemi də müzakirə ediləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video