18:51 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:03 02.03.2021

 

Son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, nəşriyyat sektorunun da inkişafı göz önündədir. Yerli kitab bazarında canlanma artdıqca meydana çıxan problemlərin birgə həll olunmasına ehtiyac yaranmışdı. Nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər bir deyil, iki deyil: daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin olmaması, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin mövcud olmaması, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri və satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə və korrektə sahəsində birgə fəaliyyətin olmaması və s. məsələlər nəşriyyatların birgə fəaliyyətini zəriri etməkdədir. 

Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaratmışdır.

Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi bir ildən daha artıq müddətdə müəyyən görüşlər keçirib, müzakirələr aparmış və sonda Azərbaycan Nəşriyyatları İctimai Birliyinin (ANİB) yaradılması ilə bağlı təsis toplantısını keçirmişdir. Tolantıda Təhsil, Altun, Hədəf, Parlaq İmzalar, Alatoran, Qələm, Qədim Qala, Ağıllı bala, Çapar, XAN, Çinar, BookZone nəşriyyatlarlarının rəhbərləri iştirak etmiş, ANİB-i təsis etmişlər. İdarə Heyətinin yekdil qərarı ilə 18 yanvar 2021-ci il tarixli iclasda Hədəf Qrupun baş direktoru Şəmil Sadiq ANİB-in sədri, Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçilmişlər.

Birlik qarşıdakı üç ay müddəti üçün fəaliyyət planı hazırlamışdır:
1. Birliyin sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim ediləcək;
2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim olunacaq təkliflər paketi hazırlanacaq;
3. Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların birlik ətrafında birləşməsi məqsədilə müraciətlər hazırlanacaq;
4. Bu ilin mart ayında Türkiyədə keçiriləcək 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar toplantısına (“2021 International Istanbul 6th Fellowship Program”) hazırlıq işləri görüləcək; 
5. Periodik olaraq Kitab sərgilərinin keçirilməsi üçün əlaqədar orqanlarla danışıqlar aparılacaq. Bu ilin sentyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə hazırlıq görüləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM