«Azərbaycan nağılları»nı ingilisdillilər də oxuyacaqlar
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Türkiyədə ingilis dilində nəfis şəkildə nəşr olunan "Azərbaycan nağılları"nın və eyni adlı diskin təqdimolunma mərasimi keçirilib.
Dünya ədəbi nümunələrinin müxtəlif dillərə çevrilməsi mədəni həyatda əlamətdar hadisə hesab edilir. Azərbaycan ədəbiyyatının ayrı-ayrı bölmələrinin, o cümlədən folklor nümunələrinin də avropalıların dilinə çevrilməsi istiqamətində son illər bir çox layihələr həyata keçirilir ki, bunda da Heydər Əliyev Fondunun göstərdiyi təşəbbüs mühüm rol oynayır. Belə layihələrin reallaşması, yalnız Azərbaycan xalqının maddi və mənəvi sərvətlərinin qorunub saxlanması deyil, həmçinin dünya mədəniyyətinə qovuşması və təbliği deməkdir.
Layihə rəhbəri Leyla Əfəndiyeva, rəsmlərin müəllifi xalq rəssamı Arif Hüseynov olan "Azərbaycan nağılları" kitabının təqdimolunma mərasimində mədəniyyət nazirinin müavini Vaqif Əliyev xalqımıza məxsus ədəbi nümunələrin, xüsusən də, folklorun ingilisdilli oxuculara çatdırılmasının əhəmiyyətini qeyd edib.
Üz qabığı dəri məmulatından hazırlanmış kitabda Azərbaycan xalqına məxsus 72 nağıl və 40 illüstrasiya toplanıb. Kitabı ingilis dilinə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xarici dillər kafedrasının baş müəllimi, tərcüməçi Səadət İbrahimova çevirib.
Yenicə işıq üzü görməsinə baxmayaraq, "Azərbaycan nağılları" İstanbul və Frankfurtda keçirilən kitab sərgisində nümayiş olunub və yüksək dəyərləndirilib. Onu da xatırlatmaq yerinə düşərdi ki, kitab satış üçün deyil, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri vasitəsilə diplomatik korpuslara hədiyyə olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!