10 Fevral 2021 19:49
678
SİYASƏT
A- A+

Azərbaycan-Moldova parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub

 

Fevralın 10-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin parlamentinin sədri Zinaida Qreçanı ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Moldova parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birgə və səmərəli fəaliyyətin davam etdirilməsi perspektivləri müzakirə edilib. Bundan başqa, diaspor fəaliyyətinə dair də danışılıb.

Sədr təəssüflə qeyd edib ki, pandemiya səbəbindən Azərbaycana nəzərdə tutulan səfəri indiyədək reallaşa bilməyib.

Z.Qreçanı yüksək templə inkişaf edən Moldova-Azərbaycan münasibətlərindən məmnunluq ifadə edib, pandemiya ilə əlaqədar təxirə salınmış qarşılıqlı səfərlərin yaxın gələcəkdə davam etdirilməsinə ümidvar olduğunu qeyd edib.

Görüşdə, həmçinin Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video