13 Oktyabr 2021 01:17
1515
İDMAN
A- A+

Azərbaycan millisi səfərdə Serbiya yığmasına uduzub

 

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda keçirilən Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb

AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də belçikalı baş hakim Erik Lambrextsin idarə etdiyi oyunda Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.

Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxıblar.

Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissəyə Serbiya millisi daha fəal başlayıb. Matçın 53-cü dəqiqədə dubl edən D.Vlahoviç komandasını hesabda önə keçirib. Qarşılaşmanın 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən fərqlənib və bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə uduzub.

Mstçda futbolçumuz Höccət Haqverdi cəzalı duruma düşüb. Buna 28 yaşlı müdafiəçinin Belqradda sarı vərəqə görməsi səbəb olub. Təcrübəli oyunçu bu üzdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq. Bu, H.Haqverdinin seçmə mərhələdə ikinci rəsmi xəbərdarlığıdır. O, ilk sarı vərəqəni evdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmada alıb.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 17 xalla qrup lideridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video