10 Iyun 2021 00:18
979
ELANLAR
A- A+

AZƏRBAYCAN MİLLİ ANTİDOPİNQ AGENTLİYİ PUBLİK HÜQUQİ ŞƏXSİ “Antidopinq sahəsinə  aid sənədlərin tərcüməsi ilə birgə tibb, hüquq, əczaçılıq, ədəbi sənədlərin və digər materialların tərcümə işlərinin yerinə yetirilməsi” xidmətlərinin satın alınmasına dair  açıq tender elan edir

 

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https:// www.etender.gov.az vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 170 manatdır.

Təşkilat - “Azərbaycan Milli Antidopinq Agentliyi” Publik Hüquqi Şəxs

VÖEN- 1503403061

Bank- “Unibank” CB-nin Biznes Mərkəzi filialı

Kod- 512264

VÖEN- 1300017201

M/h- AZ46NABZ01350100000000015944

S.W. I. F. T. BIK- UBAZAZ22

H/h- AZ75UBAZ42284770640090AZN003

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 iyul 2021-ci il saat 11:00-a, tender təklifi və bank təminatını isə 12 iyul 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 13 iyul 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, İzmir küçəsi, 8, Hyatt Tower III, tel.: 599-08-28, faks: 599-08-29

e-mail: [email protected] .

Əlaqələndirici şəxs: Hacıyev Emil

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video