06 Sentyabr 2012 02:09
548
PARLAMENT
A- A+

Azərbaycan-Koreya əlaqələri genişlənir

 

Sentyabrın 5-də Milli Məclisin Sədr müavini Bahar Muradovanın  Koreyanın "Halla Energy@Environment" şirkətinin inzibati direktoru Lee Eun Seokla görüşü keçirildi.

Qonaqları səmimi salamlayan Bahar Muradova  qeyd etdi ki, ölkələrimiz arasında tarixən mövcud olan əlaqələr Azərbaycanın müstəqilliyi dövründə daha da inkişaf etmişdir. Azərbaycan-Koreya  arasında  son vaxtlar imzalanan  müqavilə və əməkdaşlığın yeni istiqamətləri ilə bağlı əldə olunmuş razılaşmalar  buna parlaq misaldır.  Bu münasibətlər həm hökumətlər, parlamentlər, həm də xalqlarımız və ayrı-ayrı şəxslər tərəfindən daha da möhkəmləndirilməkdədir. Milli Məclisin Sədr müavini qeyd  etdi ki, 2006-cı ildən Azərbaycan parlamentində Koreya ilə dostluq  qrupu  fəaliyyət  göstərir və mövcud  əlaqələrimizin  qurulmasında  bu qrupların  rolu xüsusilə qeyd  edilməlidir. Bahar Muradova  özünün də idarə  heyətində  təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasının  Koreyanın  hakim iqtidar partiyası  ilə dostluq əlaqələrindən danışdı. Əməkdaşlığımızın genişləndirilməsində Koreya İnkişaf  Agentliyinin gördüyü işləri  yüksək qiymətləndirdi. Koreyanın iqtisadiyyatında "Halla Energy@Environment" şirkətinin əhəmiyyətli yeri olduğunu  bildirən  Bahar Muradova  daha  sonra bu ilin yayında  Koreyaya səfərini xatırladı, Koreyanın gözəl təbiəti, insanları, elmi-texniki tərəqqisi barədə xoş təəssüratlarını  bölüşdü.

Təşkilatın inzibati direktoru Lee Eun  Seok  görüş üçün  minnətdarlığını bildirdi. Bundan sonra da ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin əvvəlki təməl üzərində davam və inkişaf etdirilməsinin vacib olduğunu bildirdi. Qonaq belə qarşılıqlı səfərlərin əhəmiyyətindən və vacibliyindən söz açdı.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video