21:05 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan istehsalçıları Moskvada “HEIMTEXTILE 2021” sərgisində iştirak edirlər
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
14:54 14.09.2021

 

Moskvada “HEIMTEXTILE 2021” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 14-dən “EKSPOTSENTR” Sərgi-Konqres Mərkəzində dünyanın ən böyük “HEIMTEXTILE 2021” ev tekstil, təchizatçıları və dizaynerləri sərgisi açılıb.

Sərgidə Azərbaycanı İqtisadiyyat Nazirliyinin və “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə “Made in Azerbaijan” vahid stendi altında 9 şirkət təmsil edir.

Sərginin açılışında çıxış edən Azərbaycan Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev ümidvar olduğunu bildirib ki, növbəti illərdə ölkəmiz bu beynəlxalq sərgidə daha geniş stendlə iştirak edəcək, Azərbaycan-Rusiya iqtisadi əlaqələri təkcə ərzaq mallarının ixracı deyil, həm də tekstil sahəsində də inkişaf edəcək.

R.Əliyev qeyd edib ki, builki sərginin ekspozisiyasında “Azərxalça” ASC–nin məhsulları xüsusi yer tutur. Burada həm qədim, həm də müasir üslubda toxunmuş əl xalçalarını görmək olar. “Azərbaycanda xalçaçılıq sənətinin tarixi uzaq əsrlərə gedib çıxır. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi şərait sayəsində bu sənət növü ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb”, - deyə ticarət nümayəndəsi bildirib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxışında qeyd edib ki, sərgidə Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan “Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçalar təqdim olunur. “Azərxalça” ASC-nin Azərbaycanda 21 müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran E.Məmmədov bildirib ki, Azərbaycan xalçaları əsrlərlə İpək yolu vasitəsilə Rusiya bazarlarına çıxarılıb. “HEIMTEXTILE 2021” sərgisi bu ənənəni dirçəltməyə imkan yaradacaq.

“Azərxalça” ASC-nin rəhbəri deyib: “2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Hər bir xalça sənət əsəridir. Onun ərsəyə gəlməsi üçün aylarla vaxt sərf olunur. Sərgiyə gələnlər müəssisədə istehsal olunan eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilərlər”.

Bildirilib ki, “Azərxalça” ASC öz missiyasını qədim Azərbaycan xalçaçılıq sənətinin qorunub saxlanılmasında, davam və inkişaf etdirilməsində, Azərbaycan xalçalarının dünyada tanıdılmasında, yeni satış bazarlarının axtarılmasında, yeni xalçaçılar, toxucular nəslinin yetişdirilməsində görür.

Qeyd edək ki, “HEIMTEXTILE 2021” sərgisi Rusiyada 23-cü dəfə keçirilir. Sərgi 20-dən çox ölkənin ev tekstili və dekoru sahəsində çalışan mütəxəssisləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək, dizayn sahəsində yeni trendlərlə tanış olmaq imkanı yaradır.

Sərgi sentyabrın 16-dək davam edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM