16 Sentyabr 2011 07:09
710
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının illik yığıncağında təmsil olunmuşdur

 

İstanbulda Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) növbəti illik yığıncağı keçirilmişdir. Yığıncaqda ölkəmizi Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov və Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev təmsil etmişlər.

Ələddin Cəfərov AzərTAc-a bildirmişdir ki,  dünyanın 70-dən çox ölkəsini təmsil edən nümayəndələrin iştirak etdiyi tədbirdə Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti xanım Fatumata Diakitenin, "Dünyada ədalət məhkəmələri" Fondunun icraçı prezidentinin, BHA-nın BMT yanındakı nümayəndəsinin məruzələri, qurumun baş katibi Antonio Muranın və regional qruplar üzrə vitse-prezidentlərin hesabatları dinlənilmişdir.

Yığıncaqda digər aktual mövzularla yanaşı, quruma üzvlüyün iki formasının (tamhüquqlu və fövqəladə üzvlük) saxlanılması məsələsi müzakirə olunmuş, birbaşa  tamhüquqlu üzvlüyə qəbulun mümkünlüyü qeyd edilmişdir. Tədbirdə müvafiq müraciətlərə baxılaraq Əlcəzair, Benin, Qazaxıstan, Ukrayna və Albaniya BHA-nın tamhüquqlu, Qvatemala, Qvineya və Mozambik isə fövqəladə üzvləri sırasına qəbul edilmişlər.

Azərbaycan nümayəndələri iştirakçılara ölkəmizdə uğurla aparılan məhkəmə islahatları barədə ingilis dilində tərtib olunmuş bukletlər paylamış və bir sıra faydalı ikitərəfli görüşlər keçirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video