11 Iyun 2021 02:28
1870
ELANLAR
A- A+

Azərbaycan İnvestisiya Holdinqi açıq tender elan edir

 

Azərbaycan İnvestisiya Holdinqi maliyyə, mühasibat, kadr və əməkhaqqı uçotunun aparılması, planlama, satınalma və təchizatın idarə olunması, vergi, DSMF, statistik, büdcə və idarəetmə hesabatlarının hazırlanması üçün proqram təminatının satın alınması məqsədilə açıq tender elan edir.

Tenderdə maliyyə, mühasibat, kadr və əməkhaqqı uçotunun aparılması, planlama, satınalma və təchizatın idarə olunması, vergi, DSMF, statistik, büdcə və idarəetmə hesabatlarının hazırlanması üçün proqram təminatının hazırlanması sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident mikro, kiçik və orta sahibkarlıq subyektləri, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ - vahid internet Portalına elektron imzaları ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. 

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına “Asan ödəniş” vasitəsilə köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər:

Emitent

Kapital Bank ASC Mərkəz filialı

Bank kodu:  200026

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. bIk: AIIBAZ2X

Alan

Azərbaycan Investisiya Holdinqi

VÖEN: 1702893761

H/H- AZ13AIIB38060019440818786102

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderin iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);

4. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

7. İddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);

9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti meyarlarına uyğun olması barədə arayış (Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir);

10. İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

11. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

13. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

14. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

15. İddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən, habelə iddiaçının müqavilənin yerinə yetirilməsində iştirak edəcək əməkdaşlarının ixtisas uyğunluğunu, peşəkarlığını və səriştəsini təsdiq edən sənədlər;

16.  Müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat.

 

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

Tender predmeti üzrə proqram təminatı (bir adda, bir ədəd) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) gün müddətində Bakı şəhəri Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) iddiaçı tərəfindən proqram təminatının hazırlanıb təhvil verilməsi müddəti;

b) proqramın serverə və istifadəçilərin kompüterlərinə yazılması, sazlanması və ilkin məlumatların daxil edilməsi üçün tam hazır vəziyyətə gətirilməsi müddəti;

c) təqdim ediləcək malın dəyəri.

 

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 06 iyul 2021-ci il saat 17:00-dək, tender təklifini və təklifin bank təminatını isə 14 iyul 2021-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 15 iyul 2021-ci il saat 17:00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet Portalında tanış ola bilərlər.

Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

İddiaçılar Tender komissiyasına Əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək sorğu verə bilər. Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavablandırılır və bu cavab sorğu verənin ünvanı göstərilmədən tenderin Əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir.

Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3-ə bərabərdir. Tenderdə iştirak etmək üçün təklif vermiş iddiaçıların sayı 3-dən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tenderin elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

İddiaçıların şikayət edəcəkləri pozuntu barədə xəbər tutduqları və ya xəbər tutmalı olduqları andan etibarən 15 bank günü ərzində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada şikayət vermək hüququ vardır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: - Tender komissiyasının üzvü (Babək Amaşov, telefon: 012 599-87-80, daxili nömrə: 2008, otaq № 311, elektron poçt ünvanı: [email protected]).

Qeyd: Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video