22:04 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan İnvestisiya Holdinqi açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:41 07.05.2021

 

Azərbaycan İnvestisiya Holdinqi inzibati binasında və həyətyanı sahəsində təmizlik xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.

Tenderdə təmizlik xidmətinin göstərilməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident mikro, kiçik və orta sahibkarlıq subyektləri, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet Portalına elektron imzaları ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. 

Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına “ASAN Ödəniş” vasitəsilə köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər:

 

Emitent:

“Kapital Bank” ASC Mərkəz filialı

Bank kodu:  200026

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. bik: AIIBAZ2X

Alan:

Azərbaycan İnvestisiya Holdinqi

VÖEN: 1702893761

H//H: AZ13AIIB38060019440818786102

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

-  tenderdə iştirak etmək üçün yazılı müraciət;

-  tenderin iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-  iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti meyarlarına uyğun olması barədə arayış (Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

-  müvafiq fəaliyyət növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı sertifikat;

- iddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat.

 

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

Tender predmeti üzrə təmizlik xidmətinin (1 adda, 2900 kv/m) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanında göstərilməsinə başlanılmalıdır və xidmət 12 ay müddətində yerinə yetirilməlidir.

Təmizlik xidmətini yerinə yetirmək üçün iddiaçılar müvafiq standartlara uyğun təmizlik vasitələrinə və avadanlığa sahib olmalıdırlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) iddiaçı tərəfindən xidmətlərin göstərilməsinə dair təklif olunan üsullar və yanaşma ilə bağlı təkliflər;

b) göstəriləcək xidmətlərin dəyəri.

 

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 03 iyun 2021-ci il saat 17:00-dək, tender təklifini və təklifin bank təminatını isə 11 iyun 2021-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 14 iyun 2021-ci il saat 17:00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet Portalında tanış ola bilərlər. 

Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: - Tender komissiyasının üzvü (Babək Amaşov, telefon: 012 599-87-80, daxili nömrə: 2008, otaq № 311, elektron poçt ünvanı: [email protected]).

 

Qeyd: Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM