11:37 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Rusiya arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza vardır
ANA SƏHİFƏ / PARLAMENT
05:04 10.04.2012

 

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 9-da Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Valentina Matviyenko Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Federasiya Şurasının sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaratmışdır.

V.Matviyenko xatirə kitabına ürək sözlərini yazmışdır.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Milli Məclisin Sədri Oqtay Əsədov arasında əvvəlcə təkbətək görüş olmuşdur.

Sonra görüş geniş tərkibdə davam etmişdir.

Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasındakı dostluq əlaqələrinin qədim kökləri olduğunu vurğulamış, V.Matviyenkonun bu səfərinin münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Milli Məclisin Sədri V.Matviyenko ilə görüşlərini xatırlatmış, qarşılıqlı səfərlərin və bu cür görüşlərin əməkdaşlığımıza geniş imkanlar açdığını qeyd etmişdir. O.Əsədov demişdir ki, bu gün Azərbaycan ilə Rusiya strateji müttəfiqdirlər və əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır.

Bildirilmişdir ki, bu günə qədər Azərbaycan ilə Rusiya arasında 160-dan çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Siyasi, mədəni, humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənmiş, ticarət dövriyyəmiz son illərdə 2 milyard 800 milyon ABŞ dollarını ötmüşdür.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür. Biz təkcə ikitərəfli müstəvidə deyil, MDB PA və digər beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik.

Azərbaycanın sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verən Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsindən də danışmış, bu problemin ölkəmizin inkişafına və regionda sülhün tam bərqərar olmasına ciddi maneə yaratdığını qeyd etmişdir. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiyanın bu münaqişənin həllində səylərini daha da artıracağına ümidvar olduğunu bildirmişdir.

Xanım Valentina Matviyenko onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş və demişdir ki, həqiqətən də qarşılıqlı səfərlər münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Biz əlaqələrimizin genişlənməsinə böyük önəm veririk və düşünürük ki, dövlətlərimizin başçıları arasındakı möhkəm dostluq münasibətləri bizə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar açır.

Federasiya Şurasının sədri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyini vurğulamışdır. O demişdir ki,  tarix baxımından çox qısa vaxt keçməsinə baxmayaraq, Azərbaycan 20 il ərzində beynəlxalq aləmdə də çox böyük nüfuz qazanmışdır. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə, o cümlədən "Eurovision - 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi, 2020-ci il Olimpiya oyunlarını keçirmək niyyəti bunun bariz nümunəsidir.

V.Matviyenko dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş və demişdir ki, qanunverici orqanlardakı dostluq qrupları, eləcə də parlamentlərarası komissiya bu işdə əhəmiyyətli rol oynayırlar.

Qonaq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün regionlar arasında münasibətlərin genişlənməsinin, qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, sərmayələrin qarşılıqlı qorunması üçün yeni saziş layihəsi hazırlanır. Bu sənədin təsdiqi qarşılıqlı sərmayə qoyuluşunda, iqtisadi-ticarət dövriyyəsinin daha da artmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

V.Matviyenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində bu problemin həllinə çalışır. Rusiya münaqişənin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin də bu məsələnin incəliklərini bilir və səlahiyyətlərinin icrasına başladıqdan sonra problemin sülh yolu ilə həllində səylərini artıracaqdır.   

Sonra görüşdə Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin inkişafı, ekoloji sahədə, xüsusən də transsərhəd suların və Xəzər dənizinin ekoloji problemlərinin həllində birgə əməkdaşlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM