11:27 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Mərakeş arasında birgə mədəni layihələrin reallaşdırılması müzakirə edilib
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
17:14 31.03.2021

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Anar Kərimov Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında mədəni əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu deyən nazir ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini və bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qəbula görə təşəkkürünü bildirən səfir Adil Embarş da öz növbəsində ölkələrimiz arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Görüş zamanı nazir A.Kərimov Ermənistanın Azərbaycana və mədəni irsimizə qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumat verib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli mədəni münasibətlərin dərinləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili, həmçinin gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM