19 May 2021 20:22
1058
PARLAMENT
A- A+

Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyanın ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Vətən müharibəsindən dərhal sonra ölkəmizə səfərini xatırlayaraq təəssüratlarını bölüşüb. Həmçinin ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin müsbət dinamika üzrə inkişafından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini və əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafını vurğulayan S.Qafarova xüsusilə dövlət başçılarının səfərlərinin Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəyə çatmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, ötən il Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək ərazi bütövlüyünü təmin edib. Münaqişə başa çatsa da, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Eləcə də 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş terrorçuları beynəlxalq ictimaiyyətə “hərbi əsir” kimi təqdim etməyə çalışaraq, diqqəti sənəddə əksini tapan əsas məsələlərdən yayındırmağa səy göstərir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təqribən 30 il davam edən işğalı dövründə torpaqlamızdakı şəhər və kəndlər, maddi, mədəni, tarixi və təbiət abidələri məhv edilib, bütün infrastruktur dağıdılıb. Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər səbirsizliklə öz ata-baba yurdlarına geri dönəcəkləri günü gözləyirlər. Bunun üçün də işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işlərinə start verilib.

Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Stefano Luçidi, Azərbaycan–İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli, Milli Məclisin deputatı Eldar Quliyev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ötən ilin dekabrında - münaqişə başa çatdıqdan dərhal sonra İtaliya Senatı və Deputatlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri bu münasibətlərə verilən dəyəri aydın şəkildə nümayiş etdirir.

Görüşdə hər iki tərəfdən dostluq qruplarının üzvləri ölkələrimiz arasındakı strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial və möhkəm hüquqi baza olduğunu ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video