12:25 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan haqqında inşa müsabiqəsinin qalibi olmuş amerikalı məktəblilər Bakıda səfərdədirlər
ANA SƏHİFƏ / TƏHSIL
01:06 23.06.2012

 

Heydər Əliyev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi olmuş amerikalı məktəblilər iyunun 20-dən ölkəmizdə səfərdədirlər. Səfər iyunun 28-dək davam edəcəkdir.

AzərTAc xəbər verir ki, Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurasının Azərbaycan ilə bağlı keçirdiyi inşa müsabiqəsi 2011-ci ilin dekabr ayında 3 min məktəbli arasında elan edilmiş və 2012-ci ilin martın 1-də başa çatmışdır. Şuranın proqram rəhbəri Althea Georgantas və Azərbaycanın Santa-Fe şəhərindəki fəxri konsulu Emmit Riçard Art McHaffie amerikalı məktəbliləri müşayiət edir.

Səfərin ilk günü qonaqlar Heydər Əliyev Fondunda muzeylə tanış olmuş, Fondun fəaliyyəti ilə maraqlanmışlar. Daha sonra nümayəndə heyəti Muğam Mərkəzində olmuş, İçərişəhəri və Milli Parkı gəzmişlər.

Qonaqlar səfər çərçivəsində bir sıra hökumət nümayəndələri ilə görüşlərdə iştirak edəcək, Xəzər Enerji Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, ABŞ səfirliyində və Amerika Mərkəzində olacaqlar. İstirahət saatlarında amerikalı məktəblilər Azərbaycan Dövlət Tarix Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olacaqlar. Proqramda qonaqların Qəbələ rayonuna səfəri nəzərdə tutulur.

Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə hər il 500 minə yaxın insan iştirak edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM