17:49 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan güləşçiləri Kiyev turnirini 6 medalla başa vurublar
ANA SƏHİFƏ / İDMAN
13:05 01.03.2021

 

Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) ilk görüşdə Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Ə.Qvarzatilov finala vəsiqə qazanıb. Fevralın 28-də baş tutan sonuncu qarşılaşmada Ukraynanın daha bir təmsilçisi ilə üz-üzə gələn gükəşçimiz inamlı qələbə ilə yığmamıza ikinci qızıl medalı qazandırıb.

Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev (70 kq) əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. C.Hacıyev Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb. Həlledici görüşdə Özbəkistanı təmsil edən İlyas Bekbulatovla qarşılaşan C.Hacıyev güclü rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Millimizin üzvü Vahid Qalayev (125 kq) startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün V.Qalayev təsəlliverici görüşə çıxıb və türkiyəli idmançı üzərində əzmkar qələbəyə sevinib. Güləşçimiz bürünc medal uğrunda Moldova təmsilçisi ilə qarşılaşıb və onun da öhdəsindən gəlməklə üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş yığmamız Kiyev turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın millimiz isə 1 bürünc medalla başa vurub.

Turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM