10:33 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 06.08.2021

 

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları gömrük işinin müxtəlif sahələri üzrə əldə etdikləri qabaqcıl təcrübəni özbəkistanlı həmkarları ilə bölüşüblər.

Bu məqsədlə hər iki ölkənin gömrük əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüşdə DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib. İdarə rəisi bu tədbirin əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqi, sərhədkeçmə prosesləri, gömrük nəzarətinin təşkili və digər sahələrdə əldə etdiyi qabaqcıl təcrübə barədə təqdimatlar keçirilib, son illər tətbiq edilən layihələr barədə məlumat verilib.

DGK Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin iş prinsipi, sərhədkeçmə proseslərində informasiya texnologiyalarının tətbiqi, gömrük nəzarətinin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə reallaşdırılan yeniliklər, “E-növbə” və “Sürətli keçid” layihələri barədə özbəkistanlı həmkarlarını məlumatlandırıb.

DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Emin İsmayılov isə “Gömrük sərhəd-keçid məntəqələrində tətbiq edilən gömrük prosedurları və əməliyyatları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, gömrük-sərhəd keçid məntəqələrində tətbiq edilən yeniliklər, sanitar, fitosanitar nəzarət tədbirləri, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə olunması qaydaları, sistemin həm gömrük xidməti, həm də xarici ticarət iştirakçıları üçün faydalarından bəhs edilib.

Sonda Özbəkistan gömrük xidməti əməkdaşlarının sualları cavablandırılıb və təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi baxımından belə görüşlərin davamlı şəkildə keçirilməsi qərara alınıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM