03 Aprel 2012 03:04
519
PARLAMENT
A- A+

Azərbaycan Finlandiya üçün etibarlı tərəfdaşdır

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Milli Məclisin Sədri bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradıb. Bu baxımdan siyasi dialoqun davam etdirilməsi məqsədəuyğundur.

Oqtay Əsədov deyib ki, Azərbaycan Finlandiya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu sahədə potensial imkanlar var. Sədr bildirib: "Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsini də önəmli hesab edirik. Nümayəndə heyətlərimiz BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatlarda birgə fəaliyyət göstərirlər. Azərbaycan beynəlxalq təşkilatların parlament qurumları çərçivəsində əməkdaşlığın səmərəliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir. Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan üçün bu sahədə Finlandiyanın təcrübəsi maraqlıdır".

Oqtay Əsədov diqqətə çatdırıb ki, Milli Məclisdə Avronest Parlament Assambleyasının (PA) ikinci plenar sessiyası keçirilir. Bu da Azərbaycanın Avropa İttifaqının layihələrinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

Sonra Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan və ölkəmizin Avropa strukturlarına inteqrasiyasına böyük maneçilik törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu problemin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdardır.

Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. Erkki Tuomioya Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu ifadə edərək bu münasibətlə xalqımızı təbrik edib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, "Eurovision" mahnı müsabiqəsində qələbəsini yüksək qiymətləndirərək bunu ölkəmizin dünya miqyasında artan nüfuzu ilə əlaqələndirib. Onun sözlərinə görə,  Azərbaycanın uğurları tək bununla bitmir. Ölkəmiz Avropa İttifaqı, o cümlədən Finlandiya üçün etibarlı tərəfdaşdır. Finlandiya Cənubi Qafqazın bu ölkəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Foto F.Bağırovundur

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video