29 Dekabr 2011 02:12
251
CƏMİYYƏT
A- A+

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir

 

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir.

"Rəy" Monitorinq Mərkəzinin dekabrın 16-dan 19-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir.

"Rəy" Monitorinq Mərkəzindən AzərTAc-a bildirmişlər ki,  sorğuda yaşı 18 və daha çox olan 1500 vətəndaş iştirak etmişdir.

Sorğunun nəticələrindən məlum olmuşdur ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi.  O cümlədən əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1 faizi öz səslərini İlham Əliyevə verməyə hazır olduqlarını bildirmişlər. 

Respondentlərin 85,5 faizi Prezident İlham Əliyevin onların maraqlarına tam cavab verdiyini bildirmişlər.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 92,4 faizi İlham Əliyevə etibar edir, 72,2 faizi isə ölkə prezidenti postunda ona alternativ görmür.

Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olaraq 87,5 faiz və 69,5 faiz təşkil edir.

Rəyi soruşulanların əksəriyyəti (78 faiz) bildirmişdir ki, qarşıdakı bazar günü prezident seçkiləri keçirilsəydi, onlar səsvermədə iştirak edərdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video