16 Mart 2021 01:32
784
Mədəniyyət
A- A+

“Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin üçüncü cildi işıq üzü görüb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin üçüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının qərarı ilə nəşr olunan üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir.

“Elm” nəşriyyatında işıq üzü görmüş 1092 səhifəlik kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” və Azadə Rüstəmovanın “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatları ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü - “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” cildində anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtürk qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri nəzərə alınıb. Orta əsrlər türk dilli və fars dilli Azərbaycan şairlərinin yaradıcılığı hərtərəfli tədqiq edilməklə bərabər, Məhəmməd Füzulinin təkraredilməz sənət incilərinin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində interpretasiyasına xüsusi önəm verilib.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Ataəmi Mirzəyev, Azadə Rüstəmova, Möhsün Nağısoylu, Nüşabə Araslı, Fəridə Əzizova, Teymur Kərimli, Zəkulla Bayramlı, Çingiz Sadıqoğlu, Qədim Qubadov, Firudin Qurbansoy, Vəcihə Feyzullayeva, Səltənət Əliyeva, Rəhim Əliyev, Səadət Şıxıyeva, Əbülfəz Kərimov, Könül Hacıyeva, Tahir Məhərrəmov, Azadə Musabəyli, Zəhra Allahverdiyeva, Gülçin Babayeva, Paşa Kərimov, Məhərrəm Qasımlı kimi alimlərin tədqiqatları yer alıb.

Kitabın birinci fəsli “XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı”, ikinci fəsli “XV əsr Azərbaycan ədəbiyyatı”, üçüncü fəsli “XVI əsr Azərbaycan ədəbiyyatı”nı əhatə edir. Azərbaycan, türk, rus, ərəb, fars, özbək, türkmən, tatar, ingilis və digər Avropa dillərində 869 sayında ədəbiyyat siyahısını Səadət Şıxıyeva, Səltənət Əliyeva, Fatimə Kərimova və Fidan Hacıyeva sistemləşdirib.

Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video