30 Dekabr 2011 02:12
487
Nazirlər Kabineti
A- A+

Azərbaycan dünyanın bütün ölkələri ilə uğurlu əməkdaşlıq qurmağın tərəfdarıdır

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə dekabrın 29-da ölkəmizdə səfərdə olan Seynt-Vinsent və Qrenadin adalarının Baş naziri Ralf Qonzalves ilə görüşmüşdür.

Azərbaycanın Baş naziri Ralf Qonzalvesin səfərinin ölkələrimizin əlaqələrinin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etdi. Artur Rasizadə bildirdi ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə uğurlu əməkdaşlıq qurmağın tərəfdarıdır. O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsində Azərbaycana verdiyi dəstəyə görə Seynt-Vinsent və Qrenadin adalarının  Baş nazirinə təşəkkürünü bildirdi. Qeyd edildi ki, mövcud iqtisadi əlaqələri genişləndirmək üçün Azərbaycanın nümayəndə heyətinin gələn ilin fevralında Qrenadinə səfəri planlaşdırılmışdır.

Azərbaycanın Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verdi. O bildirdi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı doğma el-obasından didərgin düşüb. Azərbaycan tərəfi münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

Baş nazir Ralf Qonsalveş ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin inkişafında maraqlı, investisiyalara açıq olduğunu diqqətə çatdırdı.

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Seynt-Vinsent və Qrenadin adalarının Baş naziri bu məsələ barədə öz ölkəsində, həmçinin BMT çərçivəsində məlumat verəcəyini qeyd etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video